“Trabzonspor” ikinci dövrəyə 3 xalla başladı

“Trabzonspor” ikinci dövrəyə 3 xalla başladı

Futbol üzrə Türkiyə Superliqasında 20-ci turun oyunlarına start verilib. Turun açılış matçında  “Trabzonspor” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. 46 xalla turnir cədvəlinə başçılıq edən “Qara dənizlilər” yeni ilin ilk oyununda meydanı 3 xalla tərk edib. Gərgin mübarizə şəraitində keçən oyunda “Trabzonspor” Andreas Korneliusun vurduğu yeganə qolla qələbəni bayram edib. Beləliklə, qələbə sayəsində aktivindəki xalların sayını 49-a çatdıran “Trabzonspor” klubu liderliyini bir qədər də möhkəmləndirib. Onun ən yaxın izləyicisi olan “Konyaspor”un aktivində 39 xal var. Üçüncü pillədə isə “Başakşəhər” komandası qərarlaşıb.   
Qeyd edək ki, 20-ci turun digər oyunları yanvarın 8, 9 və 10-da təşkil olunacaq.