Lider yeni ilə uğursuz başladı 

Lider yeni ilə uğursuz başladı 

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunlarına start verilib. 
Turun ilk oyun günündə bir qarşılaşma təşkil olunub. 43 xalla bundesliqanın turnir cədvəlinə başçılıq edən “Bayern Münhen” klubu doğma meydanda Mönhenqladbaxın “Borussiya” komandasına məğlub olub -1:2.
Oyunda hesabı Robert Levandovskinin qolu ilə “Bavariya” klubu açsa da, qonaqlar ilk hissənin ortalarında vurduqları iki qolla yekun hesabı müəyyənləşdiriblər.