ADBTİA-nın professor-müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirilir

ADBTİA-nın professor-müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirilir

AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) əməkdaşlığı çərçivəsində Akademiyanın professor-müəllim heyəti üçün ixtisasartırma təliminə start verilib.
Akademiyanın idmanın oyun növləri kafedrasının professor-müəllim heyəti üçün keçirilən ixtisasartırma təlimi 10 gün davam edəcək.
“Reallığa əsaslanan öyrənmə prosesi” mövzusunda təşkil olunan təlimi AFFA-nın texniki departamentinin rəisi Cahangir Həsənzadə və məşqçi kurslarının instruktorları Aslan Kərimov və Osman Rəhimov keçirlər.
Təlimin məqsədi iştirakçıların UEFA-nın “C” kateqoriyalı məşqçi kursunda praktiki öyrətmə (məşq) prosesində monitorinq və tütorluq fəaliyyətini həyata keçirmək bacarıqlarının inkişaf etdirilməsidir. Təlim iştirakları məşqçilik ixtisası üzrə bakalavriat təhsil səviyyəsinin IV tədris ilinin tələbələrinə uyğun UEFA-nın “C” kateqoriyalı məşqçi kursuna metodist-təlimatçı kimi cəlb olunacaqlar.
Qeyd edək ki, bu təlimlər ADBTİA-nın tələbələrinin daha effektiv və müasir öyrənmə prosesi keçməklə UEFA-nın “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnməsinə və gələcəkdə daha spesifik məşqçi işi sərgiləyərək ölkəmizdə kütləvi futbola töhfə verməsinə zəmin hazırlayacaq.