İtaliyalı futbolçu okeanın o tayında çıxış edəcək

İtaliyalı futbolçu okeanın o tayında çıxış edəcək

"Napoli"nin italiyalı hücumçusu Lorenso İnsinye "Toronto" ilə müqavilə bağlayıb. Sərbəst agent kimi MLS klubuna keçən 30 yaşlı futbolçu ilinə 9,5 milyon avro qazanacaq.

Qeyd edək ki, İnsinye yetirməsi olduğu "Napoli"də 416 görüşdə 116 qol vurub, 91 qol ötürməsi verib.​