“Milan” liderliyi ələ keçirdi

“Milan” liderliyi ələ keçirdi

İtaliya A seriyasında 21-ci turun oyunları davam edir.  Liderlik uğrunda mübarizə aparan “Milan” klubu bu tur səfərdə "Venesiya"nın qonağı olub. “Rossonerilər” oyunda böyükhesablı qələbəyə seviniblər -0-3. “Milan”ın heyətində qolları Zlatan İbrahimoviç (2) və Teo Herdandes (48, 59-pen) vurub.
“Qırmızı-qaralar” bu qələbədən sonra xallarını 48-ə yüksəldərək liderliyə yüksəlib. Liderdən 2 oyun az keçirən "İnter" 46 xalla 2-ci pillədə qərarlaşıb. "Napoli" isə 40 xalla 3-cü pillədə yer alıb.