Zədələr “Barselona”nı rahat buraxmır

Zədələr “Barselona”nı rahat buraxmır

İspaniyanın "Barselona" klubu La Liqanın 20-ci turu çərçivəsində "Qranada" ilə səfər oyununda ciddi itki ilə üzləşib. Kataloniyalılar 1:1 hesablı heç-heçə etdiyi oyunda müdafiəçisi Erik Qarsiyanı itirib. Oyunun 53-cü dəqiqəsində sağ bud nahiyəsindən zədə alan müdafiəçi tezliklə baş məşqçinin qərarı ilə oyundan çıxarılıb. İlkin müayinələrdən sonra futbolçunun təqribən 5 həftə yaşıl meydanlardan kənar qalacağı qeyd olunub. 
Futbolçu La Liqanın bir neçə oyununu eyni zamanda, yanvarın 12-də "Real"a qarşı keçiriləcək İspaniya Superkubokunun yarımfinal oyununu buraxmalı olacaq.