Futbolçu oyun zamanı infarkt keçirdi 

Futbolçu oyun zamanı infarkt keçirdi 

Mali yığmasının və Qətərin "Əl-Vakra" klubunun müdafiəçisi Usman Kulibali ölkə çempionatı çərçivəsində oyun zamanı ürək tutması keçirərək huşunu itirib. Hadisə "Əl-Rayan"la oyun zamanı baş verib. Oyunun ilk hissəsinin sonlarında yerə yıxılan malili mərkəz müdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib. 
İnfarkt keçirərək xəstəxanaya yerləşdirilən 33 yaşlı futbolçunun vəziyyətinin hazırda stabil olduğu bildirilir. 
Qeyd edək ki, bu hadisəyə görə, "Əl-Rayan" və "Əl-Vakra" komandalarının oyunu yarımçıq dayandırılıb. Qarşılaşmanın dayandırılması zamanı hesab 1:0 “Əl-Rayan”ın xeyrinə olub.