Sambaçı meydana çıxan kimi, rekorda imza atdı

Sambaçı meydana çıxan kimi, rekorda imza atdı

Dani Alveş “Barselona”nın tarixində yeni bir rekorda yiyələnib. Braziliyalı futbolçu İspaniya La liqaında meydana çıxan ən yaşlı futbolçu adını qazanıb. Dünən La Liqanın 20-ci turu çərçivəsində “Qranada” (1:1) ilə görüşdə Alveş bu uğura yiyələnib. Matç zamanı o, 38 yaş, 247 gün nəticə ilə diqqət çəkib. 
Qeyd edək ki, Alveşdən əvvəl bu rekord digər “Barselona”lı, qapıçı Xose Pintoya məxsus idi. Qapıçı 2014-cü ilin may ayında Madrid “Atletiko”su ilə matça çıxarkən o, 38 yaş, 190 günlüyündə idi.