“Tək Ronaldo ilə heç nə həll olunmur”

“Tək Ronaldo ilə heç nə həll olunmur”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda komandanı tərk etmək istəyir. Bu barədə məlumatı onun agenti Jorje Mendeş açıqlayıb. O deyib: “Ronaldo hazırda “Mançester Yunayted”də baş verənlərə görə narahatdır. Klubdaxili problemlərdə onu da günahlandırırlar. Komanda lazımi futbolçuları ala bilmir. Bu heyətlə heç bir nəticə əldə oluna bilməz. Tək Ronaldo ilə heç nə həll olunmur. Heyət güclənməlidir. Əks halda Ronaldo “Mançester Yunayted”i tərk edəcək. Ola bilsin ki, bu, mövsumun sonunda həyata keçsin. Biz onunla bu barədə ciddi söhbət etmişik”