“Yuventus” mərkəzi qarşılaşmadan qalib ayrıldı 

“Yuventus” mərkəzi qarşılaşmadan qalib ayrıldı 

Futbol üzrə İtaliya A Seriyasında 21-ci turun oyunları davam edir. Turun mərkəzi mərkəzi qarşılaşması paytaxt "Olimpiko" stadionunda təşkil olunub. Burada paytaxtın "Roma" klubu əzəli rəqibi "Yuventus"u qəbul edib.
Məhsuldar keçən oyunda qapılara 7 top vurulub. Görüş “qoca sinyora”nın qələbəsi ilə yekunlaşıb -3:4. Turin təmsilçisi bu qələbə sayəsində xallarını 38-ə çatdıraraq turnir cədvəlində beşinci pillədəki mövqeyini qoruyub. “Roma” isə 32 xalla səkkizincidir. 
Tura bu gün “Torino” – “Fiorentina” oyunu ilə yekun vurulacaq.