Afrika Millətlər Kuboku: Qonaqlardan minimal hesablı qələbə 

Afrika Millətlər Kuboku: Qonaqlardan minimal hesablı qələbə 

Futbol üzrə Afrika Millətlər Kubokunda A qrupunun daha bir oyunu keçirilib. Efiopiya millisi Kabo Verde komandasını qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə fərqlənən Julio Tavares olub.  
Xatırladaq ki, turnirin açılış matçında Kamerun millisi Burkina Faso komandasına 2:1 hesabı ilə qalib gəlib. 
Qeyd edək ki, Afrika Millətlər Kubokunun qalibi fevralın 6-da müəyyənləşəcək.