"Qalatasaray"da Fatih Terim dövrü başa çatdı 

"Qalatasaray"da Fatih Terim dövrü başa çatdı 

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimi istefaya göndərib. 69 yaşlı futbol mütəxəssisi bu gün klubun prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Görüşdən sonra klubun İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.
Xatırladaq ki, 2017-ci ildən İstanbul təmsilçisinin sükanı arxasında olan Fatih Terim 1996 - 2000, 2002 - 2004, 2011 - 2013-cü illərdə də komandaya rəhbərlik edib.