Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişdi

Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişdi
Türkiyənin "Konyaspor" klubunun futbolçusu Ahmet Çalık avtomobil qəzasında dünyasını dəyişib. 28 yaşlı müdafiəçi öz avtomobilində qəzaya uğrayıb. Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən oyunçu 8 dəfə Türkiyə yığmasının formasını geyinib. 2017 - 2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.
Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişdi