Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümünün ən yaxşı mərhələsi müəyyənləşib. Ən yaxşı Qran-Pri azarkeşlər arasında aparılmış sorğu nəticəsində bəlli olub.
Əlli iki mindən çox azarkeşin iştirak etdiyi sorğuda İtaliya Qran-Prisi 19 faizlə birinci olub. Dünya çempionatının Əbu-Dabi mərhələsi 16 faizlə ikinci, Braziliya Qran-Prisi isə 10 faizlə üçüncü yeri tutub.
Ötən il iyunun 4-6-da Bakı şəhər halqası keçirilən Azərbaycan Qran-Prisi isə 8 faizlə dördüncü pillədə qərarlaşıb. İlk beşliyi Macarıstan Qran-Prisi 7 faiz səslə tamamlayıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-Prisi iyunun 10-12-də təşkil olunacaq.
Azarkeş öz seçimlərini etdilər