Məhsuldar sambaçı rəqiblərini qabaqladı

Məhsuldar sambaçı rəqiblərini qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb.
Siyahıya 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə ən azı 10 qol vuran qolkiperlər düşüb.
Buna dünyanın 18 qapıçısı nail olub. Cədvələ braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalının hesabında 112 top var.
İlk üçlüyü perulu Conni Veqas (37 qol) və Nigeriya təmsilçisi Vinsent Enyeama (24) tamamlayıblar.
On səkkiz qapıçıdan 7-si 20 və ya daha çox qol vurub. Azərbaycan futbolunun ən yaxşı bombardir qapıçısı Nizami Sadıqov “18-liy”ə düşməyib. Buna səbəb “Turan”da qolları sıralayan qolkiperin əsasən ötən əsrdə fərqlənməsi, XXI əsrdə az qol vurmasıdır.