“Qara qitə”də futbol həyəcanı davam edir

“Qara qitə”də futbol həyəcanı davam edir

Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.Turnir çərçivəsində keçirilən üçüncü oyun günündə 3 matç təşkil olunub.

D qrupunda Nigeriya yığması Misiri 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi 30-cu dəqiqədə fərqlənən İhençao Keleçi olub.

Qrupun digər oyunu Sudan və Qvineya Bisau komandaları arasında baş tutub. Bu görüş qolsuz bərabərliklə başa çatıb.

E qrupunda Əlcəzair və Syerra Leone komandalarının oyununda da qalib tərəflər meydanı bir xalla tərk ediblər -0:0.