Afrika Millətlər Kuboku: E və F qruplarında ilk tura yekun vuruldu

 

Afrika Millətlər Kuboku: E və F qruplarında ilk tura yekun vuruldu   

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti matçları keçirilib. Dördüncü oyun günündə E və F qruplarında ümumilikdə üç görüş oynanılıb. Günün ilk oyununda Tunis millisi Mali yığmasını qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb -0:1. Matçda yeganə qolun müəllifi Kone İbrahima oldu. 
F qrupunda günün ikinci oyununda Mavritaniya komandası Qambiya yığması ilə üz-üzə gəlib. Görüş Qambiya yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Oyunda yeganə qolu Yallov Ablie vurub.  
Günün son oyunu E qrupunda təşkil olunub. Burada Ekvatorial Qvineya və Kot-d'İvuar yığmaları qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb -0:1.