İngiltərə Liqa Kubokunun ilk finalçısı "Çelsi" oldu

İngiltərə Liqa Kubokunun ilk finalçısı "Çelsi" oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Bu, iki oyunun nəticəsinə əsasən, “Tottenhem”ə qalib gələn “Çelsi” klubudur. 
İlk oyunda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “zadəganlar” cavab oyununda da qalib gələrək finala vəsiqə qazanıb -0:1. 
Digər finalçının adına isə “Liverpul” - “Arsenal” oyunundan sonra aydınlıq gələcək. Bu komandalar arasındakı ilk oyun bu gün, cavab qarşılaşması isə bir həftə sonra Londonda olacaq.