“İnter” İtaliya Super Kubokunun qalibi oldu

“İnter” İtaliya Super Kubokunun qalibi oldu

Futbol üzrə İtaliya Super Kubokunda qalib adına aydınlıq gəlib. Milan şəhərində keçirilən həlledici görüşdə “İnter” klubu “Yuventus”la üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibin adına əlavə olunmuş 30 dəqiqədə aydınlıq gəlib. "İnter" klubunun hücumçusu Aleksis Sannçes matçın 120-ci dəqiqəsində fərqlənərək komandasına çempionluq qazandıran qolun müəllifi olub. Beləliklə, “İnter” klubu finalda rəqibinə 2:1 hesabı ilə qalib gələrək İtaliya Super Kubokunun qalibi adınıa sahib çıxıb.