"Galatasaray'da ilk və son imzam"

"Galatasaray'da ilk və son imzam"

Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacağı barədə
"Twitter" hesabında paylaşım edib. Bu günlərdə ard-arda uğursuz nəticələrdən sonra istefa verən 69 yaşlı mütəxəssis "sarı-qırmızılar"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.
“İmperator” paylaşımdakı şəkillərə "Qalatasaray"dakı ilk imzam və son imzam" cümləsini əlavə edib.
Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"ın baş məşqçisi olub.