“Atletik” İspaniya Super Kubokunun finalında

“Atletik” İspaniya Super Kubokunun finalında

Futbol üzrə İspaniya Super Kubokunda ikinci finalçının adına aydınlıq gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan görüşdə “Atletiko Madrid” və “Atletik Bilbao” komandaları üz-üzə gəlib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1. Oyunda hesab 62-ci dəqiqədə açılıb. “Atletik”in futbolçusu matçın Unay Simon topu öz qapısına vurub. Oyunun 77-ci dəqiqəsində Yeray Alvarez bərabərlik qolunun müəllifi olub. Matçın 81-ci dəqiqəsində isə Nikolas Uilyams qələbə topunu vuraraq “Atletik”i finala çıxarıb. 
Həlledici görüşdə Bilbao təmsilçisininin rəqibi yarımfinalda "Barselona"nı 3:2 hesabı ilə məğlub etmiş "Real Madrid" klubu olacaq. Final qarşlaşması yanvarın 16-da təşkil olunacaq.