Nigeriya qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazandı 

Nigeriya qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazandı 

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları davam edir. 7-ci oyun günündə D qrupunda yer alan komandalar mübarizə aparıblar. İlk oyunda Nigeriya yığması Sudanla üz-üzə gəlib. Oyunda 3:1 hesabı ilə qalib gələn Nigeriya komandası ardıcıl ikinci qələbəsini qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. 
Qrupun digər oyununda isə Misir yığması Qvineya Bisau ilə qarşılaşıb. Oyunda minimal hesabla qalib gələn fironlar qrupda ikinci pilləyə yüksəlib -0:1. Matçda yeganə qolu 69-cu dəqiqədə fərqlənən Məhəmməd Salah vurub.