“Real Madrid”12-ci dəfə İspaniya Super Kubokunu öz muzeyinə apardı

“Real Madrid”12-ci dəfə İspaniya Super Kubokunu öz muzeyinə apardı

Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib. Həlledici görüşdə “Real Madrid” və “AtletikBilbao” komandaları üz-üzə gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “KralFəhd” stadionunda təşkil olunmuş qarşılaşma “Real” komandasının qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriçaçıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü bir qədər də artırıb.
87-ci dəqiqədə “kral klubu” Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin “Atletik” say üstünlüyündən yararlana bilməyib.
Bununla da “Real Madrid” tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.