Masallıda açıq mini futbol turniri başa  çatıb

Masallıda açıq mini futbol turniri başa  çatıb

Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə açıq rayon turniri başa çatıb. Turnirə Masallı rayonundan 5, Bakı şəhərindən 3,  Cəlilabad rayonundan isə  4 komanda qatılmışdı.  Rayondakı “Viləş” mini futbol stadionunda yaşıl meydançaya  çıxan 10-13 yaşlı futbolçular  üç yaş qrupu üzrə yarışıblar.  Yarışların yekun nəticəsinə görə 10 və 12 yaşlılar arasında  Masallının UGİŞM, 13 yaşlılar arasında Bakının “Azəri” futbol klubu birinci olub. 10 yaşlardan  ibarət Masallının  “Azad” FK kollektivi ikinci,  Cəlilabadın UGİŞM komandası isə üçüncü yerə layiq görülüb.
Yarış başa çatandan sonra qalib komandalara təşkilat komitəsinin kubok, diplom və medallar, məşqçilərə isə təşəkkürnamə və hədiyyələr  verilib.

 

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin  üzvü