Ötən ilin ən yaxşı baş məşqçisi müəyyənləşdi

Ötən ilin ən yaxşı baş məşqçisi müəyyənləşdi

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adlarını açıqlayıb. Kişilərdən “The Best” mükafatına İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel sahib çıxıb.
Almaniyalı mütəxəssis İtaliya millisindəki həmkarı Roberto Mançini ilə İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiolanı qabaqlayıb. "Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Emma Heyz isə ən yaxşı qadın baş məşqçi nominasiyasında birinci olub.