Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları start götürəcək. İlk oyun günündə 2 qarşılaşma təşkil oluncaq. Günün ilk görüşü "Qarabağ" və "Keşlə" komandaları arasında olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək. Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.