“Çelsi”nin keçmiş futbolçusu “Everton”un baş məşqçisi oldu

“Çelsi”nin keçmiş futbolçusu “Everton”un baş məşqçisi oldu

İngiltərənin “Everton” klubunun baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Frenk Lempard təyin olunub. İngiltərəli mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Onun son iş yeri ötən ilin yanvarında ayrıldığı “Çelsi” olub.
Qeyd edək ki, Lempard uğursuz nəticələrə görə vəzifəsindən ayrılan Rafael Benitesi əvəzləyib. Hazırda Liverpul təmsilçisi turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.