AFFA-nın növbəti Hesabat Konfransı başlayır

AFFA-nın növbəti Hesabat Konfransı başlayır

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.

Saat 10:00-da başlayacaq Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

Konfransın gündəliyinə İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması, maliyyə hesabatlarının təsdiq olunması, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, VAR sistemi ilə bağlı təqdimat, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər salınıb.