V İslam Həmrəyliyi Oyunları: Millimizin baş məşqçisinin adı açıqlandı

V İslam Həmrəyliyi Oyunları: Millimizin baş məşqçisinin adı açıqlandı

Bu il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə milli komandamızın baş məşqçisi Samir Əliyev olacaq. Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Milli assosiasiya rəsmisi oyunlara hazırlığın martda start götürəcəyini bildirib: "Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq. Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları gerçəkləşəcək. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək. Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında futbol millimiz yarışın qalibi olub. Ümid edirik ki, yığmamız bu uğuru Türkiyədə də təkrarlayacaq", - deyə E.Məmmədov əlavə edib.