“Barselona”dan yeni transfer

“Barselona”dan yeni transfer

Pyer-Emerik Obameyanqın “Barselona”ya keçidi rəsmiləşib. Qabonlu hücumçu Kataloniya təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər La Liqa klubunun heyətində çıxış edəcək. İngiltərənin “Arsenal” klubu ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən Obameyanq “Barselona”ya azad agent qoşulub. Onun müqaviləsində sərbəst qalma məbləği kimi 100 milyon avro göstərilib. Qeyd edək ki, hücumçu cari mövsüm Premyer Liqanın 14 matçına çıxıb və 4 qolla yadda qalıb.

 

“Barselona”dan yeni transfer