Seneqal Afrika Millətlər Kubokunun finalına vəsiqə qazandı

Seneqal Afrika Millətlər Kubokunun finalına vəsiqə qazandı

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib. Mərhələnin ilk oyununda Seneqal millisi Burkino-Faso yığması ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Seneqal millisi 3:1 hesabı ilə qələbə qazanıb. Oyunda ilk qol matçın 70-ci dəqiqəsində vurulub. “Paris Sen-Jermen” klubunda çıxış edən Abdu Diallo fərqlənib. Qoldan altı dəqiqə sonra Seneqal millisi ikinci dəfə fərqlənməyə nail olub. İdrissa Geye komandasının vacib qoluna imza atıb. Qarşılaşmanın 82-ci dəqiqəsində Burkino-Faso yığması qollardan birinin əvəzini çıxıb. İbrahim Blati adını tabloya yazdırıb.
Oyunda son nöqtəni isə oyunun 87-ci dəqiqəsində Seneqal millisinin əsas qol silahı Sadio Mane qoyub. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Bu qələbə sayəsində Seneqal millisi Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb.
Seneqallılar finalda Misir və Kamerun cütün qalibi ilə qarşılaşacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Turnirin həlledici görüşü fevralın 6-da Kamerunda yerləşən “Ahmadu Axidjo” stadionunda təşkil olunacaq.