Mahir Emreli: ““Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram”

Mahir Emreli: ““Dinamo”nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqrebin “Dinamo” klubuna keçidi barədə danışıb.
Polşanın “Legiya” klubundan ayrılaraq Xorvatiya təmsilçisinə transfer olunan hücumçu “Dinamo”nun öz ölkəsində çempionluq qazandığını və xüsusən, son illər avrokuboklarda yüksək keyfiyyət sərgilədiyini vurğulayıb:
"Dinamo"ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar. Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm. Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram".
M.Emrelinin sözlərinə görə, "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".
Qeyd edək ki, Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşməyə imza atıb.