Bu gün XIV Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq

Bu gün XIV Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq

Olimpizm xəbərləri

04.02.2022, 09:39

Bu gün Çinin paytaxtı Pekində XIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Tədbir Pekin Milli Stadionunda təşkil olunacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Yekaterina Ryabova isə fevralın 15-i və 17-də mübarizəyə qoşulacaq. Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR