Mərkəzi oyunda “Qarabağ” qələbə qazandı

Mərkəzi oyunda “Qarabağ” qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib. Turun mərkəzi qarşılaşmasında  “Bakcell Arena”da təşkil olunub. Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb, Oyunda hesab matçın 25-ci dəqiqəsində açılıb. Kadi Borges dəqiq zərbə ilə “Qarabağ”ı hesabda irəli çıxarıb.

Fasilədən sonra da hücumlarını davam etdirən “köhlən atlar” matçın 62-ci dəqiqəsində fərqi artırıb. K.Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Oyunda başqa qol olmayıb və görüş bu hesabla başa çatıb.

Beləliklə, bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qərarlaşıb.