Premyer Liqada növbəti turun cədvəli açıqlanıb

Premyer Liqada növbəti turun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Turun üç qarşılaşması iki günü əhatə edəcək. Turun “Qarabağ” - “Sumqayıt” oyunu isə təxirə salınıb. Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransanın “Marsel” klubu ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. PFL “köhlən atlar”ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb. Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də Bakıda keçirəcək.
 
Azərbaycan Premyer Liqası
XVI tur
 
19 fevral (şənbə)
15:00. “Qəbələ” - “Səbail”
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” - “Keşlə”
“Bakcell Arena”
20 fevral (bazar)
17:00. “Zirə” - “Sabah”
Zirə İdman Kompleksinin stadionu