Azarkeş “Palmeyras”ın məğlubiyyətinin qurbanı oldu

Azarkeş “Palmeyras”ın məğlubiyyətinin qurbanı oldu

İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandaları arasında klublararası dünya çempionatının final oyunu zamanı azarkeş güllələnib.
Hadisə San-Pauluda baş verib. Cənubi Amerika təmsilçisinin fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş qarşılaşmanı komandalarının ev matçlarını oynadığı “Alyans Park” stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər.
Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.