Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə 2 qarşılaşma təşkil olunacaq ki, bu oyunların da hər ikisi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Günü ən maraqlı oyunu Fransa paytaxtında təşkil olunacaq. Burada PSJ və İspaniyanın "Real Madrid" klubları üz-üzə gələcək. “Park-de-Prens” stadionunda oynanılacaq görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Gecənin digər oyununda isə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olacaq. Görüşün baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də keçiriləcək.