“Şəhərlilər” səfərdə amansız oldular - FOTO

“Şəhərlilər” səfərdə amansız oldular - FOTO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində gecənin digər oyununda isə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olub. "Şəhərlilər" rəqibini 5:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində qolları 7-ci dəqiqədə Riyad Mahrez, 17 və 44-cü dəqiqələrdə Bernardu Silva, 32-ci dəqiqədə Fil Foden və 58-ci dəqiqədə Rahim Sterlinq vurublar.
Komandalar arasında cavab matçları martın 9-da təşkil olunacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də keçiriləcək.

“Şəhərlilər” səfərdə amansız oldular - FOTO “Şəhərlilər” səfərdə amansız oldular - FOTO “Şəhərlilər” səfərdə amansız oldular - FOTO