"Bavariya" Avstriyaya Manuel Noyersiz gedib

"Bavariya" Avstriyaya Manuel Noyersiz gedib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində digər oyununda Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılşacaq. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq. Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, müdafiəçi Yosip Stanişiç, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Camal Musiala zədəli olduqları üçün oynamayacaqlar. Zaltsburq təmsilçisində isə Bernardo, Zlatko Yunuzoviç, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.