Ronaldo bu dəfə də Romarionu qabaqladı

Ronaldo bu dəfə də Romarionu qabaqladı

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo əfsanəvi braziliyalı oyunçu Romarionun rekordunu təkrarlayıb. 37 yaşlı hücumçu buna ötən gecə Premyer Liqanın 18-ci turunun təxirə salınmış görüşündə - "Brayton"la matçda (2:0) fərqlənməklə nail olub. O, klub karyerasında 689-cu qolu vurub.
Ronaldo bununla da əfsanəvi braziliyalı Romarioya məxsus dünya rekordunu təkrarlayıb.
Qeyd edək ki, Kriştiano “Sportinq”də 5, “Mançester Yunayted”də 133, “Real”da 450, “Yuventus”da 101 qol vurub.