Çempionlar Liqası: “Bavariya” səfərdə “Zaltsburq”la bacarmadı

Çempionlar Liqası: “Bavariya” səfərdə “Zaltsburq”la bacarmadı

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.
Günün maraqla gözlənilən oyunu İtaliyada təşkil olunub. “İnter” "San Siro"da İngiltərənin "Liverpul" klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 0:2. Qolları 75-ci dəqiqədə Roberto Firmino, 83-cü dəqiqədə isə Məhəmməd Salah vurub.
Avstriyanın “Zaltsburq” klubu isə doğma meydanda Almaniyanın "Bavariya" komandasını qəbul edib. Meydan sahibləri görüşdə qələbəni son anda əldən veriblər. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.
Cavab görüşləri martın 8-də oynanılacaq.