Konfrans Liqası: “Qarabağ” bu gün “Marsel”lə qarşılaşacaq

Konfrans Liqası: “Qarabağ” bu gün “Marsel”lə qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Gün ərzində 8 oyun təşkil olunacaq. Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsini adlayan "Qarabağ" bu mərhələdə Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Velodrom" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə keçiriləcək. Burada  "Fənərbağça" klubu Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.

 

UEFA Konfrans Liqası, pley-off mərhələsi

İlk oyunlar

17 fevral

21:45. PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)

21:45. "Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya)

21:45. "Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan)

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland)

00:00. "Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)

00:00. "Lester" (İngiltərə) - "Randers" (Danimarka)

00:00. "Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç)

00:00. "Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)