“Qarabağ” Fransada tarixi oyununa çıxıb - FOTO

“Qarabağ” Fransada tarixi oyununa çıxıb - FOTO

Azərbaycanın "Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Ağdam təmsilçisi tarixi matçda Fransanın "Marsel" klubu ilə qarşılaşıb. "Velodrom" stadionunda təşkil olunan oyunda qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Monteneqrolu FIFA referisi Nikola Dabanoviçin idarə etdiyi qarşılaşmada hesabı 41-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Arkadiuş Milik açıb. Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla imza atıb. Lakin Ağdam təmsilçiləri 85-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Kadi Borges komandasının ilk qolunu vurub. Lakin Dimitri Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, görüş “Marsel” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.

 

“Qarabağ” Fransada tarixi oyununa çıxıb - FOTO “Qarabağ” Fransada tarixi oyununa çıxıb - FOTO