Azərbaycan Qran-Prisinə bilet satışı başlayır

Azərbaycan Qran-Prisinə bilet satışı başlayır

Fevralın 22-dən Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilir. Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlər üçün ayaqüstü zonada birgünlük 90-160 manat, üçgünlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci ildə COVID-19 səbəbindən təxirə salınmış Formula 1 Azərbaycan Qran-Prisi zamanı alınmış biletlər budəfəki Azərbaycan Qran-Prisi üçün keçərli olacaq.
Builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunacaq. Tamaşaçılardan yarış vaxtı ölkədə COVID-19-la bağlı mövcud təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.