Bekhem Ronaldonu okeanın o tayına çağırır  

Bekhem Ronaldonu okeanın o tayına çağırır  

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldo MLS-dən iki təklif alıb. ABŞ-ın “İnter Mayami” və “Los-Anceles Qelaksi” klubları portuqaliyalı hücumçu ilə müqavilə bağlamaqda maraqlıdır. Klub nümayəndələri artıq Ronaldonun agenti ilə əlaqə saxlayıb.
37 yaşlı forvardın “qırmızı şeytanlar”la müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub. Bununla belə, Ronaldo Çempionlar Liqasına çıxa bilməyəcəyi təqdirdə, “Mançester Yunayted”i tərk edə bilər.
Qeyd edək ki, “İnter Mayami”nin sahibi İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Devid Bekhemdir. Bekhem futbolçu kimi 2007 - 2012-ci illərdə “Los-Anceles Qelaksi”nin formasını geyinib.