253 dəfə fərqlənən müdafiəçi

253 dəfə fərqlənən müdafiəçi

Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıya Niderland millisinin keçmiş futbolçusu Ronald Kuman başçılıq edir. “Barselona”nın keçmiş futbolçusu 253 dəfə fərqlənməyə müvəffəq olub. İkinci yerdə Argentina yığmasının keçmiş üzvü Daniel Passarella (175 qol), üçüncü sırada isə ispaniyalı Fernando Yerro (170) yer alıb.
Karyerasını davam etdirən oyunçulardan yalnız biri IFFHS-in siyahısına düşə bilib ki, bu da Fransanın PSJ klubunda çıxış edən Serxio Ramosdur. O, 128 qolla 4-cü pillədə qərarlaşıb.