Ronaldo və Romario birinci pilləyə şərik oldular

Ronaldo və Romario birinci pilləyə şərik oldular

Klub karyerasında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. İFFHS-in tərtib etdiyi cədvəldə 500 və daha çox qol vuranlar yer alıb.
Futbol tarixində 15 oyunçu buna nail olub. Dünya rekordu Kriştianu Ronaldo və Romarioya məxsusdur. Onlar hərəyə 689 qol vurublar.
1-2. Kriştianu Ronaldo (Portuqaliya) - 689
1-2. Romario (Braziliya) - 689
3. Yozef Biscan (Avstriya, Bohemiya və Moraviya, Çexoslovakiya) - 688
4. Pele (Braziliya) - 682
5. Lionel Messi (Argentina) - 679
6. Ferens Puşkas (Macarıstan, İspaniya) - 645
7. Cimmi Cons (Şimali İrlandiya) - 635
8. Co Bambrik (Şimali İrlandiya) - 595
9. Eysebio (Portuqaliya) - 578
10. Herd Müller (Almaniya) - 566
11. Qlenn Ferqyuson (Şimali İrlandiya) - 561
12. Cimmi Makqrori (Şotlandiya) - 540
13. Fernando Peyroteo (Portuqaliya) - 539
14. Uve Zeeler (Almaniya) - 508
15. Alfredo Di Stefano (Argentina, İspaniya) - 501