Bu gün Çempionlar Liqasında daha iki oyun təşkil olunacaq

Bu gün Çempionlar Liqasında daha iki oyun təşkil olunacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" komandası ilə qarşılaşacaq. İspaniyalı FIFA referisi Xesus Hil Mansanonun idarə edəcəyi oyun Bakı vaxtı ilə 00:00-da "Stemford Bric" stadionunda start götürəcək.
Gecənin digər oyununda isə İspaniya təmsilçisi "Vilyarreal" doğma meydanda İtaliya nəhəngi "Yuventus"u qəbul edəcək.
Komandalar arasında cavab oyunları martın 16-da təşkil olunacaq.