Fərid Qayıbov Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ilə tanış olub

Fərid Qayıbov Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” minifutbol meydançaları kompleksində Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb. Federasiyanın infrastrukturu ilə tanış olan F.Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxtadək görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.