Futbolçu itinə görə məhkəmə qarşısına çıxarılıb

Futbolçu itinə görə məhkəmə qarşısına çıxarılıb

İtaliyanın "Milan" klubunun və Fransa millisinin futbolçusu Teo Ernandes iti ilə bağlı insidentlə əlaqədar məhkəmə qarşısına çıxarılıb. 25 yaşlı müdafiəçinin saxladığı pitbul yaşlı qadının küçədə gəzdirdiyi iti dişləyərək öldürüb. Qadın iti xilas etmək istəyərkən pitbul onun da üzərinə atılıb. İddiaya görə, adı açıqlanmayan şəxs şok keçirərək xəstəxanaya yerləşdirilib. O, futbolçuya qarşı qanuni tədbir görülməsini istəyib.
Qeyd edək ki, Teo Ernandes bir müddət əvvəl "Milan"la 2026-cı ilin yayınadək müqavilə imzalayıb.